Voronejdə ağır yol qəzası: 8 nəfər öldü

15 Yanvar 2019 23:51 (UTC+04:00)

Rusiyanın Voronej vilayətində 3 avtomobilin iştirakı ilə ağır yol qəzası baş verib.

Voronej şəhəri istiqamətində hərəkət edən "Lexus" markalı avtomobilin sürücüsü idarətməni itirərək qarşıdan gələn iki avtomobillə toqquşub.

Məlumata əsasən, toqquşmada nəticəsində digər iki avtomobil alışıb. Avtomobillərdən çıxa bilməyən 8 nəfər yanğında həlak olub. (trend)

AzNews.az