Kardaşyan dördüncü uşağının cinsiyyətini açıqladı

16 Yanvar 2019 01:23 (UTC+04:00)

Amerikalı TV ulduzu Kim Kardaşyan dördüncü övladına sahib olacağı xəbərini təsdiqləyib.

Kardaşyan qatıldığı şouların birində ikinci oğlunun surroqat ana vasitəsilə dünyaya gətiriləcəyini deyib. O bildirib ki, Yeni il bayramı ərəfəsində həddindən artıq içki qəbul etdiyi üçün bu məsələni istəmədən dostlarından birinə açıb. O isə məlumatı mediaya ötürüb.

Qeyd edək ki, reper Kanye Uestlə ailəli olan Kardaşyanın North, Saint və Çikaqo adlı iki qızı, bir oğlu var. O, ilk iki övladını özü dünyaya gətirsə də, səhhətindəki problemlərlə əlaqədar üçüncü və dördüncü usağı üçün surroqat anadan istifadə edib. (qafqazinfo)

AzNews.az