Konqoda Eboladan ölənlərin sayı 402 nəfərə çatdı

16 Yanvar 2019 08:59 (UTC+04:00)

Bu barədə Konqonun səhiyyə nazirliyinin "Twitter" səhifəsində bildirilir.

Nazirliyin məlumatında deyilir: "Çərşənbə axşamı, 2019-cu il yanvarın 15-i üçün vəziyyət: 658 yoluxma halı, 609-u təsdiqlənib, 49-u isə mümkün. Virusun yayılması nəticəsində 402 nəfər həlak olub, 237 nəfər müalicə edilib, 200 şübhəli hal araşdırılır".

Bildirilir ki, avqustun 8-dən ölkədə 60460 nəfər vaksiyasiyadan keçib.(trend.az)

© AzNews.az