İran telekanalının jurnalisti ABŞ-da tutulub

16 Yanvar 2019 09:04 (UTC+04:00)

TASS xəbər verir ki, bu barədə çərşənbə günü telekanalın "Twitter" mikrobloquna yerləşdirilən məlumatda deyilir.

"Bizə PressTV-nin jurnalisti və "xəbərlər"in aparıcısı Mərziyə Haşiminin Vaşinqtonda tutularaq həbs edildiyi xəbər verilib. Onun həbsinin səbəbləri aydın deyil", - deyə məlumatda qeyd edilir.

Bildirilir ki, hazırda jurnalistə qarşı heç bir rəsmi ittiham irəli sürülməyib.(report.az)

© AzNews.az