Sivasda avtobus aşdı - Çoxlu yaralı var

16 Yanvar 2019 09:53 (UTC+04:00)

Türkiyənin Sivas şəhərində avtobus aşıb.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Sivas şəhərinin Ulaş kəndi yaxınlığında sərnişinlərlə dolu avtobus aşıb.

Qəzada çox sayda insanın yaralandığı deyilir.

Hadisə yerinə təcili tibbi yardım maşınları göndərilib.

Nigar CƏFƏR

AzNews.az