Xalq artisti etiraz etdi
17 Aprel 2013 19:27 (UTC+04:00)
Türkiyənin "Kral" televiziyasının təşkil etdiyi məşhur "Türkiyə Müzik Ödülleri"nin təqdimetmə mərasimindən geri dünən xalq artisti Aygün Kazımova dönər-dönməz qalmaqalla üzləşib.
ANS PRESS-in məlumatına görə, qalmaqala xalq artisti Brilyant Dadaşovanın "Mükafat ala bilmədikləri üçün Aygün və Röyaya görə məyus oldum" sözləri olub.
Kazımovanın ATV-nin "Gün keçir" verilişində söylədiyi "Brilyant Dadaşova 15 ildir Türkiyə şou-biznesindədir, amma indiyədək heç bir müsabiqəyə dəvət edilməyib. Bunu qalmaqal üçün demirəm, real faktdır" ifadələri mətbuat tərəfindən həmkarına qarşı mənfi cavab kimi qəbul edilib.
İfaçı açıqlamasında fikirlərinin təhrif olunmasına etirazını bildirib: "Xahiş edirəm, dediklərim təhrif olunmasın. Həmin verilişin video yazısı bizim tərəfimizdən internetdə yayımlanacaq".
AzNews.az