Madonna “Eurovision”da çıxış edə bilər

16 Yanvar 2019 10:04 (UTC+04:00)

Məşhur amerikalı müğənni Madonna İsraildə keçiriləcək 2019-cu il "Eurovision" mahnı müsabiqəsində dəvətli ulduz kimi çıxış edə bilər.

Jurnalistlərin məlumatına görə, müsabiqə nümayəndələri ilə müğənni arasında danışıqlar ilk dəfə deyil aparılır və tərəflər hətta bir qədər uğur da əldə ediblər — Madonna ilkin olaraq iştiraka razılıq verib, lakin ulduz müğənninin qonorarı barədə hələ ki, razılıq əldə olunmayıb.

Eyni zamanda müqavilənin təxmini dəyəri belə açıqlanmır. Bununla əlaqədar olaraq, qeyd etmək lazımdır ki, 2015-ci ildə Madonna "Ginnesin Rekordlar Kitabı"na əsasən, tarixdə kommersiya baxımından ən uğurlu qadın müğənni hesab edilib.(teleqraf.com)

© AzNews.az