Güclü qara görə dəniz reysləri dayandırıldı

16 Yanvar 2019 10:11 (UTC+04:00)

Artıq bir həftədir ki, İstanbul akvatoriyasında dəniz reysləri təxirə salınır.

Reyslərin təxirə salınması barədə Türkiyənın Dəniz nəqliyyatının idarə edilməsi üzrə təşkilatından bildiriblər.

Güclü qar və külək səbəbindən Bursada da dəniz reyslərinin dayandırıldığı bildirilir.

Türkiyənin vilayətlərində qar qatının hündürlüyü yarım metrə çatır.

Sonuncu dəfə reyslər yanvarın 10-da təxirə salınıb.(trend.az)

© AzNews.az