Müğənni o mesajı bağışlamadı - Ona “PKK vurğunudur" dedilər

16 Yanvar 2019 10:35 (UTC+04:00)

Türkiyəli müğənni Feridun Düzağaç onu “PKK vurğunu” deyərək təhqir edən lüğət yazarını məhkəməyə verib. Bu mesajdan narahat olan müğənni İstanbul Cümhuriyyət Baş Prokurorluğuna müraciət edib.

AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, müğənni şikayətdən əlavə məsələ ilə bağlı araşdırma da başladıb.

Araşdırma zamanı mesajı paylaşanın Yozgatda yaşayan 42 yaşlı Turgay K. olduğu üzə çıxıb.

Turgay K. paylaşdığı mesaja görə peşman olduğunu və müğənnidən üzr istədiyini bəyan edib. Amma Feridun Düzağac bununla razılaşmayıb.

Polis tərəfindən aparılan araşdırma ötən günlərdə bitib.

Turgay K. haqqında “təhqir” maddəsi ilə cinayət işi açılıb.

2.5 ilə kimi həbsi istənilən Turgay K. önümüzdəki günlərdə Asliye Ceza məhkəməsində mühakimə olunacaq.

Səidə Nurməmmədli

AzNews.az