Yaponiyanın paytaxtı Tokionun mərkəzində naməlum sürücü avtomobili səkiyə qaldıraraq kütlənin üstünə sürüb.
Hadisə Sindzyuku dəmiryol stansiyasının yaxınlığında qeydə alınıb.
Hüquq-mühafizə orqanlarının məlumatına əsasən, insident nəticəsində ən azı 7 nəfər xəsarət alıb, bir neçəsinin vəziyyəti ağırdır.
Digər təfərrüatlar barədə məlumat verilmir.(trend.az)
© AzNews.az