Yunanıstanın yeni müdafiə nazirindən Türkiyəyə mesaj

16 Yanvar 2019 10:55 (UTC+04:00)

Yunanıstanın yeni müdafiə naziri Evanelos Apostolakisin ilk işi Türkiyəyə sülh və müttəfiqlik mesajı göndərmək olub.

AzNews.az xəbər verir ki, Apostolakis Müdafiə Nazirliyində sələfi Panos Kammenosdan vəzifəni təhvil aldığı mərasimdə çıxış edərkən “Egeyin qarşı tərəfinə bir mesaj göndərirəm. Mübarizə yolu da var, ortaqlıq yolu da. Biz sabit şəkildə sülh içində müttəfiqlik və birlikdə var olmaq dəyərlərinə yönlənmiş ölkəyik. Qonşularımıza sülh və işbirliyi üstün olanda xalqların rifah içində yaşadıqlarını, miliyyətçilik üstün olanda isə bədbəxt olduqlarını xatırlatmaq istəyirəm” deyib.

Apostolakis əlavə edib ki, Türkiyə ilə münasibətlərindəki qırmızı xətt beynəlxalq hüquqa olan hörmətdir.

Pərvanə Ağazadə

AzNews.az