"Xərçəng olduğumu öyrəndim, ona görə də ... " - İntihar edən qadının son məktubu

16 Yanvar 2019 11:28 (UTC+04:00)

Dünən Türkiyənin Adana şəhərində binaların birinin həyətində ölü tapılan Perihan Büyükbayramın ölüm səbəbi məlum olub.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, dünən yaşamadığı binanın həyətində ölü tapılan 44 yaşlı Perihan Büyükbayramın bir müddət əvvəl həmin binanın 4-cü mərtəbəsindəki evi kirayə götürdüyü məlum olub.

Perihan Büyükbayram həmin evin balkonundan özünü aşağı ataraq intihar edib.

Perihan Büyükbayrama aid avtomobil binanın kənarında tapılıb. Avtomobilin içərisində biri polisə, biri həyat yoldaşına və biri də ailəsinə ünvanladığı məktub tapılıb.

Qadının polisə olan məktubunda “Ölümümdə kimsə günahkar deyil. Günahkar axtarmayın”, həyat yoldaşına olan məktubda “Mən xərçəng olduğumu öyrəndim, sənə və uşaqlarıma əzab vermək istəmirəm. Buna görə də özümə qəsd edirəm, uşaqlarıma yaxşı bax”, ailəsinə olan məktbuda isə “Mənim ölümümdən kimsə günahkar deyil, xərçəng olduğumu öyrəndim. Kiməsə əzab çəkdirmək istəmirəm, mənim arxamdan üzülməyin” yazıb.

Nigar CƏFƏR

AzNews.az