Böyük Britaniya hökuməti bu gün istefaya göndərilir?

16 Yanvar 2019 12:28 (UTC+04:00)

Böyük Britaniya parlamenti bu gün Tereza Mey hökumətinə etimadsızlıq prosedurunu gözdən keçirəcək.

Müzakirələr Leyboristlər partiyasının təşəbbüsü ilə baş tutub.

Onlar ötən gün baş nazirin Brexit-lə bağlı təklifinin nümayəndələr palatasında səsvermədən keçməməsinə görə bu addımı atıblar.

Böyük Britaniyanın Avropa Birliyindən çıxmasını rəsmiləşdirən təklif ötən gün 650 deputatdan yalnız 202-nin dəstəyini ala bilmişdi.(modern.az)

© AzNews.az