Tacikistan prezidentindən yeni qadağa

16 Yanvar 2019 13:43 (UTC+04:00)

Tacikistan prezidenti Emoməli Rəhmon 2021-ci il yanvarın 1-dək sahibkarlıq subyektlərinin yoxlanılmasına qadağa qoyub.

Dövlət başçısı bununla bağlı Fərman imzalayıb.

Sənəddə bildirilir ki, qadağanın səbəbi istehsal sahələrində sahibkarların fəaliyyətinə dəstək olmaq, yeni iş yerlərinin açılmasına, sərmayəyə şərait yaratmaq, respublikanın sənaye və ixrac potensialını yüksəltməkdir.

Dövlət başçısı çıxışlarında bildirib ki, Tacikistanda biznesin müxtəlif sahələrində 28 nəzarət strukturu var və onlar biznesin, sahibkarlığın inkişafına mane olurlar.(AZƏRTAC)

© AzNews.az