Novruz Novruzlu anılacaq

16 Yanvar 2019 15:35 (UTC+04:00)

Mərhum sənətçi, “Savalan” qrupunun rəhbəri Novruz Novruzlunun anım gecəsi keçiriləcək.

AzNews.az xəbər verir ki, tədbir yanvarın 21-də Rəşid Behbudov adına Mahnı Teatrında baş tutacaq.

Tədbirdə bir çox sənət adamlarının ifası dinləniləcək.

Qeyd edək ki, “Savalan” qrupunun rəhbəri Novruz Novruzlu noyabrın 20-də dünyasını dəyişib.

Bahar RÜSTƏMLİ
AzNews.az