Netflix heyranlarına pis xəbər

16 Yanvar 2019 15:41 (UTC+04:00)

Onlayn serial və film platforması Netflix bir neçə həftəyə abunə pulunu artıracaq.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, CNBC-də yer alan xəbərə görə, Netflixin üzvlük haqqında artım olacaq. Qiymətlərin nə qədər artması ilə bağlı rəsmi məlumat olmasa da, internetə qiymətlər sızıb.

Netflixin Giriş Paket üzvülüyü 8 dollardan 9 dollara, Standart Paket üzvlüyünün qiyməsi 11 dollardan 13 dollara, Premium Paket üzvlük qiyməti 14 dollardan 16 dollara yüksələcək.

Nigar CƏFƏR

AzNews.az