ABŞ-da 3 uşaq soyuducuda öldü

16 Yanvar 2019 15:59 (UTC+04:00)

Altı yaşlı Doulton, onun bir yaşlı bacısı Keyli və adı hələlik açıqlanmayan dostları köhnə soyuducu kameraya düşərək ölüblər. Qurğu şəbəkəyə qoşulmayıb və evin qarşısında olub.

Bu barədə “The Sun” nəşri xəbər verir.

Uşaqlar həyətdə oynayan zaman yaxınlıqda soyuducu aşkarlayıblar. Oynamaq üçün onlar soyuducunun içinə girib. Qurğunun qapısını içəridən aça bilmədiklərinə görə boğularaq ölüblər.

Uşaqlara baxmalı olan dayə onları həyətdə tapa bilməyincə axtarışa başlayıb. O, xeyli müddətdən sonra soyuducunu yoxlamaq qərarına gəlib. Aşkarladığı uşaqların heç biri nəfəs almayıb. Azyaşlılara ilkin yardım göstərməyə çalışsa da, bunun faydası olmayıb.

Hazırda polis insidentlə bağlı araşdırma aparır.(oxu.az)

© AzNews.az