Xəstəxanalar gücləndirilmiş iş rejiminə keçir

16 Yanvar 2019 16:04 (UTC+04:00)

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Səhiyyə Naziri Respublika əhəmiyyətli iri tibb müəssisələrinin rəhbərləri ilə şəxsən görüşərək onlara Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlığını nəzərə alıb, gücləndirilmiş iş rejiminə keçmələri barədə tapşırıqlar verib.

Digər tibb müəssisələrinin rəhbərlərinə telefonoqrammalar göndərilib.

Tibb müəssisələri tam hazır vəziyyətə gətirilib.

© AzNews.az