Bu məhsulların idxalına məhdudiyyət qoyuldu

16 Yanvar 2019 16:11 (UTC+04:00)

Qurumdan daxil olan məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən Rusiyanın Primorski vilayətinin Mixaylovski rayonunda dabaq xəstəliyi qeydə alınıb. Bununla əlaqədar olaraq, Primorski vilayətindən heyvan və heyvan mənşəli məhsulların idxalına müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb.

Eyni zamanda AQTA tərəfindən sözügedən ərazidən tranzit keçən nəqliyyat vasitələrinin gömrük keçid məntəqələrində dezinfeksiya edilməsi ilə bağlı Dövlət Gömrük Komitəsinə aidiyyatı üzrə müraciət olunub.

© AzNews.az