Ermənistan sakini vətəndaşlıqdan imtina etdi - FOTO

16 Yanvar 2019 16:17 (UTC+04:00)

Ermənistan sakini Soqomon Kazaryan ölkəsinin vətəndaşlığından imtina edib və iki uşağı ilə birlikdə Gürcüstana gedir.

Bu barədə Ermənistan KİV-i xəbər verir.

"Ermənistan Respublikasının vətəndaşı olmaqdan imtina edirəm", - Kazaryan söyləyib.

O yalnız ata olmasına baxmayaraq, dörd ildir dövlətdən heç bir müavinət ala bilmədiyini qeyd edir.

Qeyd edək ki, Kazaryan etiraz əlaməti olaraq yanvarın 8-də prezident iqamətgahı qarşısında aclıq aksiyasına başladığını elan edib, yanvarın 10-da isə Ermənistanın baş naziri funksiyasını müvəqqəti icra edən Nikol Paşinyanla görüşməyə uğursuz cəhd edib.(report.az)

© AzNews.az