Türkiyədə 220 kəndlə əlaqə kəsildi

16 Yanvar 2019 16:23 (UTC+04:00)

Ərzurum, Ərzincan, Tuncəli, Ardahan və Qars vilayətlərində 220 kəndlə əlaqə kəsilib.

Məktəblər bağlanıb. Yollarda qarın hündürlüyü bir metri ötüb. Ərzurum-Çat-Bingöl şosesi hələ də bağlıdır.

Ardahan-Posof və Qars-Digor yolları nəqliyyatın hərəkətinə açılsa da sürüşkənlik ciddi təhlükəyə çevrilib.(AZƏRTAC)

© AzNews.az