Münbiçdə partlayış: ABŞ-ın 6 əsgəri öldü, 19-u yaralandı - VİDEO

16 Yanvar 2019 16:35 (UTC+04:00)

Suriyanın Münbiç şəhərində ABŞ qoşunlarının yerləşdiyi bölgədə partlayış olub.

AzNews.az xəbər verir ki, partlayış ABŞ əsgərlərinin getdiyi restoranda maşınla təşkil olunan hücum nəticəsində baş verib.

İlkin məlumatlara görə, ABŞ əsgərlərindən 6 nəfər ölüb, 19 nəfər isə yaralanıb.

Pərvanə Ağazadə

AzNews.az