Məşhur bacıların anası gözəlliyi ilə heyran etdi – FOTO

16 Yanvar 2019 16:59 (UTC+04:00)

Məşhur modellər Bella və Gigi Hadidin anası İolanda Hadidin 55 yaşı tamam oldu.

Xanım Hadidi çoxları qızların anası yox, bacısı hesab edir.

İolanda etiraf edib ki, bütün bunlar idman, sağlam həyat tərzi, pəhrizin yox, peşəkar kosmetoloqların əməyidir.

55 yaşının tamam olması ərəfəsində isə İolanda Hadid botoksdan, implantlardan, fillerlərdən tamamilə qurtulmaq qərarına gəlib:

“Mənim 55 yaşım tamam olur və mən daxildən gülümsəyirəm. Öz təbii, 1964-cü ilimə qayıdıram. Cəmiyyət məni inandırmışdı ki, cazibədar qadın məhz fillerli, sinə implantlı, botokslu olmalıdır. Bütün bu zəhərlərdən xilas oldum. Mən anladım ki, gözəl olmaq üçün bunlar lazım deyil.

Sizin sağlamlığınız, sizin zənginliyinizdir” , - İolanda belə vurğulayıb.

Onun sözlərinə görə, hər kəs özünü olduğu kimi qəbul etməlidir. Bədənindəki bütün bu səhvləri düzəltmək üçün ona illər lazım olub.

Fəridə Abdulla

AzNews.az