Dünyanın ən tənha qurbağası özünə sevgili tapdı - Tanışlıq saytı vasitəsi ilə

16 Yanvar 2019 17:24 (UTC+04:00)

"Romeo" ləqəbli Boliviya qurbağası öz növünün sonuncu nümayəndəsidir. 10 ildən sonra öz sevgilisini tapa bilib.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, boliviyalı alimlər ekspedisiya zamanı həmin növdən olan daha 5 qurbağa tapıblar. Qurbağanın taleyi barədə isə Global Wildlife Conservation ekologiya təşkilatı məlumat yayıb.

Bütün bu müddət ərzində Romeo Boliviyanın təbii tarix muzeyində yaşayırdı. Bir il əvvəl alimlər Romeo üçün tanışlıq saytında onun adından profil yaratmışdılar.

“Mən öz növümün demək olar ki, son nümayəndəsiyəm. Bu səbəbdən özümə sevgili tapmaq üçün burdayam. Öz növümüzü qoruyub saxlamaq üçün ideal cütlük olacağımıza ümid edirəm.”

Bu elandan sonra alimlər Boliviya meşələrində yağışlar mövsümündə ekspedisiya keçirmək üçün lazımi məbləği toplamağı bacarıblar. Yalnız yağışlar mövsümündə həmin növ qurbağaları aşkar etmək mümkündür. Yerli sakinlərlə danışıqlardan və lazımi tarixi sənədləri topladıqdan sonrsa tədqiqatçıların qurbağaların hansı ərazilərdən tapa biləcəklərini müəyyən ediblər.

Tapdıqları 5 qurbağadan 2-si dişidir. Alimlər onlardan birini Culyetta adlandırıb. Onlar ümid edirlər ki, Romeo və Culyetta öz növlərini artıra biləcəklər.

Hazırda Culyetta və digər qurbağalar karantin rejimində saxlanılır. Alimlər onları infeksiyalardan müailə edir və onların yeni şəraitə uyğunlaşmaqlarını gözləyirlər.

Romeo hələki Culyetta ilə görüşməyib. Alimlər bu qurbağaların cütləşəcəyindən belə əmin deyillər.

Bu səbəbdən ehtiyat plan da qurublar. Onlar 6 qurbağadan toxum hüceyrəsi və spermatozoidlər götürərək süni mayalanma yoluna əl atacaqlar.

Fəridə Abdulla

AzNews.az