Dağın yamacından qopan qayalar sərnişin qatarına dəydi

16 Yanvar 2019 17:52 (UTC+04:00)

Türkiyənin Elazığ adlanan ərazisindən keçən "Van gölü" sərnişin qatarı dağdan qoparaq relslərə düşən qaya parçalarına görə dayanmağa məcbur olub.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ankara-Tatvan səfərini həyata keçirən 22012 saylı "Van gölü" qatarı Elazığın Palu kəndində dağdan qopan qaya parçalarına dəyib.

Hadisənin yaşandığı bölgəyə gələn xilasedicilər 2 saat çalışdıqdan sonra qayaları reyslərdən qaldıra biliblər. Sərnişin qatarı daha sonra yola düşüb.

Nigar CƏFƏR

AzNews.az