Tarkan telefon xəttində…

18 Aprel 2013 07:08 (UTC+04:00)
Türkiyədə ötən əsrin 90-cı illərində məşhur olan və telefon qəbzləri ilə ailələrə böyük problemlər yaşadan "0 900"lə başlayan xətlərdə məşhur müğənni Tarkanın da yer aldığına dair xəbər yayılıb.

Türkiyə mətbuatının yazdığına görə, Tarkan reklamda ona zəng edənlərə çox özəl bir söhbət vəd edirmiş. Tarkan reklamdakı çıxışında "Mənimlə danışmaq istəyirsən? Sən məni ara, mən də səni. Maraqlandığın bütün şeyləri sənə anladım, ancaq sən və mən... Unutma, məni ara..." deyə tamaşaçıları ona zəng etməyə razı salmağa çalışıb.

Elnur
AzNews.az