Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarıldı

16 Yanvar 2019 21:28 (UTC+04:00)

Respublikanın daxili işlər orqanları ümumən cinayətkarlığa, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini uğurla və qətiyyətlə davam etdirirlər.

DİN-dən Trend-ə verilən məlumata görə, bu istiqamətdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin təkcə 15 günü ərzində güclü təsiredici xüsusiyyətə malik, ümumi çəkisi 117 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə, o cümlədən 13 kiloqrama yaxın heroin, 7,2 kiloqram tiryək, 15,6 kiloqram həşiş və 81 kiloqramdan çox marixuana, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 900-dən çox çətənə kolu götürülərək qanunsuz dövriyyədən çıxarılıb.

Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri aparılır.

AzNews.az