Ankarada mebel sexi yandı - 5 suriyalı öldü

16 Yanvar 2019 23:43 (UTC+04:00)

Ankarada mebel fabrikində yanğın baş verib.

4 mərtəbəli binada çıxan yanğında 5 suriyalı işçi ölüb.

Ölənlərdən 3-nün şəxsiyyəti müəyyən edilib. Hazırda nəzarətə götürülən yanğında yanğınsöndürənlərin bir neçəsi də tüstüdən zəhərlənib.

Polis fabrikin ətrafında güclü mühafizə tədbirləri görüb. (qafqazinfo)

AzNews.az