Novxanıda güclü yanğın olub

17 Yanvar 2019 00:48 (UTC+04:00)

Abşeron rayonunun Novxanı kəndində 1500 m² sahədə qamışlıq yanıb.

AzNews.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yüksək temperaturdan yaxınlıqda yerləşən yaşayış evinin divarında quraşdırılmış kondisioner və plastikdən ibarət kommunikasiya xətləri 3 p.m əriyib.

Yaşayış evi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AzNews.az