Terror nəticəsində ölənlərin sayı 21-ə çatdı

17 Yanvar 2019 09:29 (UTC+04:00)

Keniyanın paytaxtı Nayrobidə mehmanxana kompleksinə edilən hücum nəticəsində ölənlərin sayı 21-ə çatıb.

Daha öncə 14 nəfərin öldüyü bildirilirdi.

Bu barədə Keniya polisinin rəhbəri Cozef Boynett deyib. O qeyd edib ki, hadisə yerində daha 6 nəfərin cəsədi tapılıb, həmçinin polis əməkdaşı aldığı yaralanmadan ölüb.

Qeyd edək ki, Keniyanın paytaxtı Nayrobida "Dusit" kompleksinin yaxınlığında bir neçə partlayış baş verib.

Partlayışlardan sonra atışma baş verib.

Ölkə başçısı Uhuru Keniata hücumun başlanmasından 20 saat sonra bəyan edib ki, kompleksdə xüsusi əməliyyatlar başa çatdırılıb və terrorçular məhv edilib.(trend.az)

© AzNews.az