Kim Çen In Trampa məktub göndərdi

17 Yanvar 2019 09:48 (UTC+04:00)

Şimali Koreya lideri Kim Çen In ABŞ prezidenti Donald Trampa yazılı müraciət ünvanlayıb.

AzNews.az xəbər verir ki, bu barədə CNN-nin müxbiri Uill Ripli mənbəsinə istinadən məlumat yayıb.

CNN müxbirinin məlumatına görə, məktubu Vaşinqtona üz tutan Şimali Koreya kəşfiyyatının sabiq rəhbəri Kim Yon Çxol Trampa çatdıracaq.

#breaking A source familiar with U.S./North Korea denuclearization talks tells me Pyongyang’s top negotiator and ex-spy chief Kim Yong Chol will be carrying a new letter from North Korean leader Kim Jong Un to President Donald Trump when he arrives in Washington on Thursday.

— Will Ripley (@willripleyCNN) 16 января 2019 г.

Fəridə Abdulla

AzNews.az