Nazir görüş vaxtını dəyişdi

17 Yanvar 2019 09:56 (UTC+04:00)

AzNews.az məlumat üçün bildirir ki, təhsil naziri Ceyhun Bayramovun Neftçala şəhərindəki Heydər Əliyev Mərkəzində Hacıqabul, Salyan, Neftçala, Biləsuvar, Cəbrayıl rayon və Şirvan şəhər sakinlərinin 18 yanvar 2019-cu il tarixinə nəzərdə tutulmuş qəbulunun vaxtı dəyişdirilib.

Qeyd edək ki, qeydiyyatdan keçmiş vətəndaşlara qəbulun vaxtı barədə əlavə məlumat veriləcək.

Səidə Nurməmmədli
AzNews.az