Tokio Moskvaya etirazını bildirdi

17 Yanvar 2019 10:19 (UTC+04:00)

Yaponiya Xarici İşlər Nazirliyi Rusiya FTB-nin sərhəd xidməti Cənubi Kuril adaları yaxınlığında müvafiq icazə sənədləri olmadan balıqçılıqla məşğul olan Yaponiyaya məxsus iki gəmini cərimələdiyinə görə Rusiya tərəfinə etirazını bildirib.

Bu barədə Kyodo agentliyi məlumat yayıb. Yaponiya XİN-in etiraz məktubundan sitat gətirən agentlik yazır: “Rusiya tərəfinin hərəkəti qətiyyən qəbuledilməzdir”.

Agentlik qeyd edir ki, yanvarın 7-də Rusiya sərhədçiləri Kuril adaları yaxınlığında balıq ovlayan iki yapon gəmisini sənədləri yoxlamaq üçün saxlayıblar. Balıqçılara ov üçün lazım olan bütün sənədlərin olmadığını bildirən sərhədçilər onlardan yerində cərimə ödəməyi tələb ediblər. Cərimənin məbləği barədə məlumat verilmir.(AZƏRTAC)

© AzNews.az