Avtobus aşdı - ölü və yaralılar var

17 Yanvar 2019 10:24 (UTC+04:00)

Türkiyənin Amasya şəhərində sərnişin daşıyan avtobus aşıb.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Amasya şəhərində 59 yaşlı Halil Polatın idarə etdiyi sərnişin daşıyan avtobus aşıb.

Qəza nəticəsində avtobusun altında qalan 49 yaşlı Ayten Aksoy və Ahmet Metin həyatını itirib, 35 nəfər yaralanıb.

Yaralılar təcili tibbi yardım maşınları ilə Amasya Universiteti Sabuncuoğlu Şerefeddin Təhsil və Araşdırma Xəstəxanası və Merzifon Karamustafa Paşa Dövlət xəstəxanasına aparılıb.

Avtobusdaki şəxslərin Ordunun Mesudiyye kəndində bir cənazəyə qatıldıqdan sonra İstanbula geri döndükləri öyrənilib.

Nigar CƏFƏR

AzNews.az