Con Bolton Netanyahu ilə görüşəcək

17 Yanvar 2019 10:37 (UTC+04:00)

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Bolton İsrailə səfər edəcək.

O, bu ölkənin baş naziri Benyamin Netanyahu ilə görüşməyi planlaşdırır.

Səfər zamanı Ağ Evin İsrailin Suriyaya təşkil edəcəyi bütün hücumlara tam dəstək verəcəyi mesajı çatdırılacaq.

Bolton İsraildən sonra Türkiyəyə səfər edəcək.(modern.az)

© AzNews.az