Səhiyyə Nazirliyi: “Xəstəxanaya müraciət edən olmayıb”

17 Yanvar 2019 10:45 (UTC+04:00)

Azərbaycanda yanvarın 16-dan 17-nə keçən gecə hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar xəstəxanalara müraciət edən olmayıb.

Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hava şəraitinə görə xəsarət alan olmayıb.

Xatırladaq ki, ötən gün səhiyyə naziri Oqtay Şirəliyev ölkə əhəmiyyətli iri tibb müəssisələrinin rəhbərləri ilə şəxsən görüşüb və onlara gücləndirilmiş iş rejiminə keçmələri barədə tapşırıqlar verib. Eyni zamanda digər tibb müəssisələrinin rəhbərlərinə telefonoqramlar göndərilib. Tibb müəssisələri tam hazır vəziyyətə gətirilib.

© AzNews.az