Putin evlənir

17 Yanvar 2019 11:36 (UTC+04:00)

Rusiya prezidenti Vladimir Putinin keçmiş gimnast Alina Kabayeva ilə evlənəcəyi iddia edilir.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, artıq bir neçə ildir ki, Putin və Kabayeva arasında sevgi münasibətlərinin olduğu barədə şayiələr dolaşmaqdadır.

Putinin müsahibələrinin birində artıq evlənmək lazım olduğu ifadəsini işlətməsi hazırda millət vəkili olan keçmiş gimnastla nigah bağlayacağı iddialarını bir qədər də gücləndirib.

Hətta cütlüyün övladlarının olduğunu qeyd edənlər də var.

Putinin 2014-cü ildə 31 illik həyat yoldaşı Lyudmiladan boşanmasının səbəbkarı da Kabayeva olduğu bildirilir.

Fəridə Abdulla

AzNews.az