Ankara məşhur idmançının həbsinə qərar verdi

17 Yanvar 2019 11:40 (UTC+04:00)

Ankara prokurorluğu ABŞ-ın “New York Knicks” basketbol klubunda çıxış edən türkiyəli yarımmüdafiəçi Enes Kanter barəsində beynəlxalq həbs orderi verib.

Bu barədə Türkiyə KİV məlumat yayıb.

Atletin Türkiyə prezidentini təhqir etdiyi bildirilsə də, o, bu iddiaları rədd edir.

Onun Türkiyə pasportu 2017-ci ildə ləğv olunub. Hazırda ABŞ-da “green card”la yaşayır. Yanvarın əvvəlində Kanter həyatının təhlükədə olduğunu bildirərək, klubun tərkibində 17 yanvar matçı üçün Londona səfər etməyəcəyini bildirmişdi.

“Facebook” səhifəsində idmançı onun hər hansı qanunu pozduğuna dair bir tutarlı sübutun olmadığını dilə gətirib.

“Mənim ABŞ-da dayanacaq qaydasının pozulması ilə bağlı bir cərimə belə olmayıb. Hər zaman qanuna tabe sakin olmuşam”, - deyə Kanter bildirib.

Bundan əvvəl iyun ayında (2018), onun universitet professoru olan atası barəsində FETÖ əlaqələri şübhəsi ilə həbs-qətimkan tədbiri seçilmişdi.(oxu.az)

© AzNews.az