Bakıda külək dayanacağı uçurdu, Mais Ağayev canlı yayım etdi - VİDEO

17 Yanvar 2019 11:51 (UTC+04:00)

Bakıda əsən güclü külək nəticəsində Ə. Haqverdiyev və H.Cavid prospektlərinin kəsişməsində avtobus dayanacağı uçub, şüşələri qırılıb, tamamilə yararsız hala düşüb.

Bu barədə məlumatı Bakı Nəqliyyat Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev sosial şəbəkədə paylaşıb.

AzNews.az xəbər verir ki, Mais Ağayevin sözlərinə görə, hadisə nəticəsində xəsarət alan yoxdur. Texniki personalın səyi nəticəsində hazırda ərazidə baş vermiş hadisənin fəsadları aradan qaldırılır.

Mais Ağayev onu da qeyd edib ki, şəhər nəqliyyatının fəaliyyətində hər hansı bir problem, narahatlıq doğuran məqam yaşanmayıb.

Səidə Nurməmmədli

AzNews.az