Ramil Usubov daha bir rəisin yerini dəyişdi

17 Yanvar 2019 12:28 (UTC+04:00)

Səbail rayon Polis İdarəsinin rəisi, polkovnik Şəmşir Kazımov yanvarın 15-də vəzifəsindən azad olunub.

Hazırda onun vəzifəsini İdarənin əməliyyat işləri üzrə rəis müavini icra edir.

Ş.Kazımov isə İsmayıllı Rayon Polis Şöbəsinin rəisi təyin edilib.

Bir neçə gün öncə İsmayıllı RPŞ-nin rəisi Telman Ağasiyev vəzifəsindən çıxarılaraq nazirliyin Baş Cinayət Axtarışı İdarəsinə təyinat alıb.(qafqazinfo.az)

© AzNews.az