Müğənni Xatirə İslam 8 saat əməliyyatda qalıb.
AzNews.az xəbər verir ki, müğənni Nicat Məhərrəmov sənətçinin əməliyyatdan sonrakı fotosunu paylaşıb. O, qeyd edib ki, əməliyyat 8 saat davam edib:
“Artıq hər şey yolundadır. Xatirə xanım yaxşıdır. Allah şəfa versin".
Qeyd edək ki, Xatirə İslam şəhər klinikalarından birində əməliyyat olunub. Onun qarın, qol və buxaq hissəsindən 3 litirə yaxın piy çəkilib.
Bahar RÜSTƏMLİ
AzNews.az