Azərbaycan neft ixracını artırıb

17 Yanvar 2019 12:55 (UTC+04:00)

2018-ci il ərzində Azərbaycan 29,498 mln. ton miqdarında xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları ixrac edib.

Bu miqdarda xam neft və bitumlu minerallardan alınan xam neft məhsullarının dəyəri 15,719 mlrd. ABŞ dollarından çox olub.

Ötən il xam neft və bitumlu minerallardan alınan xam neft məhsullarının ixracının Azərbaycanın ümumi ixracında payı 80,78% təşkil edib.

2018-ci ildə ixrac edilən xam neft və bitumlu minerallardan alınan xam neft məhsullarının miqdarı 2017-ci ildən 8%, dəyəri isə 47% çox olub.

© AzNews.az