Xəzərdə dalğanın hündürlüyü 7,5 metrə çatdı - Yenilənib

17 Yanvar 2019 15:53 (UTC+04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaratdığı qərargahın verdiyi xəbərə görə, 17 yanvar saat 15:00-a olan məlumata əsasən Bakıda və Abşeron yarımadasının bəzi yerlərində şimal-qərb küləyinin maksimal sürəti 30 m/s, Sumqayıtda küləyin ani, maksimal sürəti 40 m/s çatıb. Dalğanın hündürlüyü açıq dənizdə 7,5 metrdir.

Respublika ərazisinin əksər rayonlarında yağış, dağlıq və dağətəyi rayonlarda isə qar yağır. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 2 dərəcə isti, dağlıq rayonlarda 1-3 dərəcə şaxta, dağətəyi rayonlarda 0-3 dərəcə isti aran rayonlarda 4-6 dərəcə isti təşkil edir.

***
13:37

Küləyin maksimal sürəti 28-36 m/s təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaratdığı qərargahın verdiyi xəbərə görə, 17 yanvar saat 12:00-a olan məlumata əsasən Bakıda və Abşeron yarımadasının bəzi yerlərində şimal-qərb küləyinin maksimal sürəti 28-36 m/s təşkil edir.

AzNews.az xəbər verir ki, dalğanın hündürlüyü Günəşli yatağında 5,3 metrdir. Respublika ərazisinin əksər rayonlarında, eyni zamanda paytaxtda yağıntılı hava şəraiti müşahidə olunur.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 4 dərəcə isti təşkil edir və sulu qar yağır.

Səidə Nurməmmədli

AzNews.az