Fransada baş verən partlayışın görüntüləri yayıldı - Yenilənib

17 Yanvar 2019 15:19 (UTC+04:00)

Sosial şəbəkədə şahidlərdən biri Lion şəhərində universitet binasında baş verən yanğının görüntülərini paylaşıb.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, Lion universitetinin tələbə şəhərciyinin ərazisində bir neçə partlayış baş verib.

Əvvəlcə yanğın başlayıb, daha sonra şəhərciyin ərazisində bir neçə dəfə partlayış səsləri eşidilib. BFMTV-nin məlumatına görə, partlayışa səbəb terrasda yerləşdirilən bir neçə qaz balonu olub.

İnsident təsadüfən baş verib.

Important incendie sur la campus de la Doua au Nord de Lyon pic.twitter.com/XkMiGOPc9D

— Florent Derue (@florentderue) 17 января 2019 г.

Fəridə Abdulla

AzNews.az

13.51

Yanğının binanın damında başladığı qeyd edilir.

Hadisə ilə əlaqədar universitetdə olan şəxslər təxliyyə olunub.

İlkin məluata görə, yanğın universitetin damında aparılan təmir işləri ilə əlaqədar başlayıb.

Xəsarət alanların olmadığı deyilir. (Trend)

© AzNews.az