Azərbaycan meyvə-tərəvəz ixracını 13% artırıb

17 Yanvar 2019 14:17 (UTC+04:00)

2018-ci il ərzində Azərbaycan 559 627,74 min. ABŞ dolları dəyərində 621 028,28 ton meyvə-tərəvəz ixrac edib.

Dövlət Gömrük Komitəsi xəbər verir ki, bu, 2017-ci ilin göstəricilərinə nisbətən müvafiq olaraq 56 801,15 min dollar (11,3%) və 72 029,55 ton (13,12%) çoxdur.

2018-ci il ərzində meyvə-tərəvəzin ixracı Azərbaycanın ümumi ixracının 2,88%-ni təşkil edib.

© AzNews.az