DTX-dan Tarix Muzeyinə hədiyyə - FOTOLAR

17 Yanvar 2019 14:27 (UTC+04:00)

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinə tarixi əhəmiyyət kəsb edən numizmatik əşyalar hədiyyə edilib.

Bu barədə Muzeydən məlumat verilib.

Muzeyin Numizmatika fonduna təhvil verilən 142 ədəd materialdan 36 ədədi sikkə, qalanları isə kağız pul və bonlardan ibarətdir. Sikkələr XVI-XIX əsrləri əhatə edir, kağız pul və bonlar isə XX əsrə aiddir.

Muzeyə verilən bu numizmatik materiallar Numizmatika Fondunun kolleksiyasının zənginləşdirilməsində və tədqiqi baxımından mühüm tarixi əhəmiyyətə malikdir.(teleqraf.com)

© AzNews.az