Məşhur bəstəkar xəstəxanaya yerləşdirildi

17 Yanvar 2019 14:31 (UTC+04:00)

Çatdırdığı pis xəbərlərlə şou biznes aləmində "Fəlakət xəbərçisi" ləqəbi ilə tanınan müğənni Onur Akay bu dəfə canlı yayımda yenə pis xəbər verib.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Uçankuş TV-də yayımlanan "Günün Olayı" verilişində qonaq olan Onur Akay məşhur bəstəkar Turhan Taşanın xəstəxanaya yerləşdirildiyini bildirib.

Turhan Taşanın ürək problemi olduğu deyilir.

Qeyd edək ki, Turhan Taşanın musiqilərini Bülent Ersoy, Emel Sayın kimi tanınmış müğənnilər ifa edib.

Nigar CƏFƏR

AzNews.az