Ukraynada 19 nəfər qripdən ölüb

17 Yanvar 2019 14:37 (UTC+04:00)

Yanvarın 7-13 tarixlərində Ukraynada 176381 nəfər qrip xəstəliyinə tutulub, onlardan 51,8 faizi 17 yaşa qədər uşaqlardır.

Bu müddətdə qripdən 8 nəfər ölüb.

Bu barədə Ukraynanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Epidemiya mövsümü başlayandan isə Ukraynada qripdən 19 nəfər ölüb, onlardan 3-ü 17 yaşa qədər olan uşaqlardır.

Qrip virusu əsasən Ukraynanın Çerniqov, Jitomir, Sumı və Odessa vilayətlərində yayılıb.(AZƏRTAC)

© AzNews.az