Qazaxıstan millisi baş məşqçisi ilə yollarını ayırdı

17 Yanvar 2019 14:56 (UTC+04:00)

52 yaşlı bolqarıstanlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

Yığma Stoylovun rəhbərliyi altında 3 yoxlama görüşü keçirib və UEFA Millətlər Liqasında iştirak edib.

Qeyd edək ki, Stanimir Stoylov 2018-ci ilin martından Qazaxıstan millisində çalışıb. O, 2015-ci ildə "Astana"ya rəhbərlik etdiyi dövrdə Qazaxıstan təmsilçisini Çempionlar Liqasının qrup mərhələsinə yüksəldən ilk və yeganə mütəxəssisdir.(report.az)

© AzNews.az