Türkiyəyə uçmaq istəyənlərə şad xəbər

17 Yanvar 2019 15:00 (UTC+04:00)

Kampaniya çərçivəsində Azərbaycanın müxtəlif şəhərlərindən İstanbula və əks istiqamətdə aviabiletlər endirimli qiymətlə təklif olunur.

Kampaniyanın şərtlərinə əsasən, Bakı-İstanbul-Bakı aviareysi üzrə endirimli biletin qiyməti Sabiha Gökçen və Atatürk hava limanlarına müvafiq olaraq 149 və 179 avrodan, Naxçıvan-İstanbul-Naxçıvan və Gəncə-İstanbul-Gəncə istiqamətində biletlərin qiyməti isə 129 avrodan başlayır.

Eyni zamanda, İstanbul-Bakı-İstanbul istiqaməti üzrə endirimli biletin qiyməti Sabiha Gökçen və Atatürk hava limanlarından müvafiq olaraq 129 və 159 ABŞ dolları, İstanbul-Naxçıvan-İstanbul və İstanbul-Gəncə-İstanbul aviareysləri üzrə isə 119 ABŞ dolları təşkil edir.

Kampaniya çərçivəsində daşınan baqajın və əl yükünün həcmi artırılıb. Belə ki, endirimli qiymətə 30 kq baqaj və 8 kq əl yükü daxildir.

Yanvarın 31-dək davam edəcək kampaniya çərçivəsində alınan biletlərlə 21 yanvar – 19 may 2019-cu il tarixləri arasında səyahət etmək mümkündür.

© AzNews.az